Bu fikirləri Demokrat.az-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib.
O əlavə edib ki, müharibədə qalib gəldik, indi isə sülh prosesində növbəti zəfərə imza atırıq:
“Prezidentin siyasi uzaqgörənliyi ondadır ki, atdığı bütün addımlar beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilir və birmənalı dəstəklənir. Təsadüfi deyil ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi çərçivəsində Prezidentin atdığı müdrik addımlar artıq öz məntiqi sonluğuna yaxınlaşır. 8 avqust tarixində Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan və Ermənistan liderləri arasında əldə olunan tarixi razılaşmalar bu qənaətə gəlməyə əsas verir. Bu razılaşmaların əldə olunması üçün böyük iradə, siyasi məharət və müdrik idarəçilik lazım idi. Bütün bu keyfiyyətlər isə İlham Əliyevdə mövcuddur. Donald Tramp Azərbaycan Prezidentinə “siz güclü lidersiniz, siz ağıllı lidersiniz” deyə müraciət edir və Ağ Evin rəmzi hədiyyələrini ona təqdim edib”.
Millət vəkili deyib ki, bu, Prezident İlham Əliyevin Ağ Evdə həmişə arzuolunan şəxs olduğunu göstərir:
“Donald Trampın Nobel Sülh Mükafatına layiq görülməsi ilə bağlı təşəbbüsün də Azərbaycan Prezidenti tərəfindən irəli sürülməsi unikal hadisədir və bu da yüksək qiymətləndirilib. Bütün bu uğurlar nəticəsində Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır, böyük ehtiramla qarşılanır. Çin Xalq Respublikasının lideri Si Cinpin tərəfindən dəvət olunan Prezident İlham Əliyev “Çin xalqının köhnə dostu” adlandırılıb. Bu, 1.5 milyardlıq xalqın Prezidentimizə verdiyi qiymətin göstəricisidir. Prezident İlham Əliyevin həm ölkədaxili uğurlu siyasəti, həm də beynəlxalq sülh və təhlükəsizliyə verdiyi töhfələr onun dünya səviyyəsində nüfuzunu daha da artırır”.
Leyla Turan
Demokrat.az
10Mənbələr
-
ikisahil.azLiderlik fəlsəfəsinin nümayişi - TƏHLİL ( 20242230)
-
editor.azPaşinyan: “Azərbaycanla sülh regionda sabitlik üçün möhkəm zəmin yaradır” ( 20241591)
-
sabahinfo.azAzərbaycan- ABŞ münasibətlərində yeni tarix yazıldı ( 20241420)
-
oxu.azPaşinyan: Azərbaycanla sülh regionda sabitlik üçün möhkəm zəmin yaradır ( 20241300)
-
demokrat.azDeputat: İlham Əliyev sülh prosesində də tarix yazır ( 20240808)
-
demokrat.azDeputat: İlham Əliyev sülh prosesində də tarix yazır ( 20240787)
-
teleqraf.comDeputat: Ağ Evdəki görüşlər regiondakı destruktiv qüvvələrin fəaliyyətini məhdudlaşdırdı ( 20231823)
-
sia.azPrezident İlham Əliyev regional təhlükəsizlik memarıdır ŞƏRH ( 20231289)
-
az.trend.azSülhü və qələbəni qazandıran lider – Prezident İlham Əliyevin Vaşinqton TRİUMFU! ( 20227974)
-
xalqqazeti.azPrezident İlham Əliyevin böyük liderliyi İlə möhtəşəm Zəfər yaşantılarımız davam edir ( 20221548)