“Zirə” yeni futbolçu ilə anlaşıb.
İdmanxeber.az xəbər verir ki, qəsəbə təmsilçisi Leroy Mikelsi heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı almaniyalı vingerlə 2 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, 30 yaşlı oyunçu karyerası ərzində Almaniyanın “Borussiya” ll (Münhenqladbax) “Sankt Pauli” ll, “Allemaniya”, “Monheym”, “Velbert”, “Duysburq”, “Türkgücü Münhen”, “Rot-Veys Oberhausen”, Bolqarıstanın “Spartak” (Varna), Səudiyyə Ərəbistanının “Əl-Tarayi” klublarında çıxış edib. Futbolçu son olaraq “Şamaxı”da çıxış edib.