AZ

Makrondan Azərbaycan-Ermənistan razılaşmasına reaksiya

  Fransa Prezidenti Emmanuel Makron Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişinin imzalanmasına münasibət bildirib.

Referans xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığını şərh edərkən “X” hesabında yazıb.

O bildirib ki, Fransa Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişini alqışlayır:

“Mən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması məqsədilə ABŞ-ın iştirakı ilə razılaşmanın əldə edilməsini bir daha alqışladım. Mən bu razılaşmanın tezliklə hər bir tərəfin maraqlarını nəzərə alan sülh sazişinin imzalanmasına və ratifikasiyasına gətirib çıxaracağına ümidvar olduğumu bildirdim”.

Fransa Prezidenti bütün regional iştirakçılar və tərəfdaşlarla əməkdaşlıq çərçivəsində qarşılıqlı əlaqələrin gücləndirilməsi də daxil olmaqla, cari səylərə dəstək və töhfə verməyə hazır olduğunu vurğulayıb./Globalinfo.az   

Seçilən
71
50
referans.az

10Mənbələr