Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsi olmasa da, paraflanmış sülh mətni və Birgə Bəyannamə sülhü özündə ehtiva edir.
Bakupost.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə bildirib.
O, 2 ölkə arasında siyasi əlaqələrin qurulmasının Ermənistanda keçirilən seçkilərdən və Konstitusiya dəyişikliyindən sonra mümkün olacağını diqqətə çatdırıb:
"Ermənistan siyasi müxalifəti revanşist mövqeyini davam etdirir. Onların fəaliyyəti siyasi əlaqələrin qurulmasına mane ola bilər. Azərbaycan Ermənistanda revanşist əhval-ruhiyyənin davam etməsinə görə bu ölkə ilə birbaşa deyil, Gürcüstandakı səfirimiz Ermənistanda səfir funksiyasını yerinə yetirə bilər. Həmçinin bundan sonra, Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün heç bir problem yoxdur".