BAKI, 11 avqust. TELEQRAF
ABŞ prezidenti Donald Tramp Vladimir Zelenskinin ərazi məsələlərinə dair açıqlamalarından narahat olduğunu bildirib.
Teleqraf xəbər verir ki, bu barədə Amerika lideri Ukraynadakı münaqişədən danışarkən qeyd edib.
"Zelenski ilə bir-birimizi başa düşürük. Amma onun etdikləri ilə razı deyiləm. Bu müharibə olmamalı idi. Zelenskinin dedikləri məni bir az narahat etdi. Onun müharibəyə getməsi və bu qədər ölümə səbəb olmasına ehtiyac yox idi. Amma ərazi iddiaları ilə bağlı dəyişiklik olacaq. Bəzi ərazilər dəyişdirilməsi olacaq", - Tramp vurğulayıb.