AZ

Macarıstan Aİ ni Putin Tramp görüşünün qarşısını almaqda ittiham etdi

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Avropa İttifaqı (Aİ) Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın avqustun 15-də Alyaskada keçirilməsi planlaşdırılan görüşünün qarşısını almağa çalışır.

Globalinfo.az-ın xəbərinə görə, bu barədə Macarıstanın xarici işlər naziri Peter Sijarto öz Facebook səhifəsində yazıb. Onun sözlərinə görə, Macarıstan sammitin uğurla baş tutmasında maraqlıdır və bu məqsədlə bütün lazımi dəstəyi göstərəcək.

“Brüsselin sammiti qeyri-mümkün və çətin etmək səylərini əngəlləmək üçün hər şeyi edəcəyik”, – Siyartovurğulayıb.

Xatırladaq ki, avqustun 11-də “Bloomberg” yazmışdı ki, Aİ ölkələri və Ukrayna Prezidenti Volodimir Zelenski Putinlə görüşdə Trampın sülhməramlı təşəbbüslərinə qarşı çıxmaq niyyətindədir. Mənbələrə görə, Brüssel Ukraynanın ərazilərini itirməsinin qarşısını almaq üçün Zelenskinin danışıqlarda iştirakını təmin etməyə çalışır. Bu məqsədlə Aİ və Kiyev virtual formatda görüşlər keçirir.

Tahir Turan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
48
globalinfo.az

10Mənbələr