AZ

Tramp Zelenskinin Alyaska görüşünə çağırılmamasının səbəbini AÇIQLADI

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Zelenskinin Alyaska sammitinə dəvət edilməməsi ilə bağlı sərt fikirlərini ifadə edib.

Globalinfo.az xəbər verir ki, Tramp Ukrayna Prezidenti Volodimir Zelenskinin son dörd il ərzində müharibənin bitməsi istiqamətində heç bir irəliləyiş əldə edə bilmədiyini və buna görə də Alyaskada Rusiya Prezidenti Vladimir Putinlə keçiriləcək sammitə dəvət edilmədiyini bildirib.

O vurğulayıb ki, Zelenski müharibənin bitməsinə dair effektiv addımlar atmamaqla həm öz ölkəsinin, həm də regionun gələcəyinə mənfi təsir göstərib.

Tramp həmçinin Alyaska sammitinin iki ölkə lideri arasında birbaşa dialoq üçün təşkil olunduğunu, belə görüşlərdə münaqişənin əsas tərəflərinin iştirakı məsələsinin isə ayrı bir mövzu olduğunu qeyd edib.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
50
globalinfo.az

10Mənbələr