AZ

GUAM-ın Baş katibi Prezident İlham Əliyevi təbrik edib

Bakı. Trend:

GUAM-ın Baş katibi Altay Əfəndiyev Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Trend xəbərverir ki, məktubda deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındabütün regionda ədalətli və davamlı sülhə nail olmağa imkan yaradanrazılaşmanın əldə edilməsi ilə bağlı tarixi nailiyyət münasibətiləDemokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın - GUAM-ınBeynəlxalq Katibliyi adından Sizə və Sizin simanızda Azərbaycanxalqına ən səmimi təbriklərimizi çatdırıram.

İki ölkə arasında sülh sazişinin ABŞ Prezidentinin iştirakı vəşahidliyi ilə Vaşinqtonda, Ağ Evdə paraflanması Sizinrəhbərliyinizlə Azərbaycan diplomatiyasının əldə etdiyi mühümuğurdur. Şübhəsiz ki, bu hadisə regiondakı proseslərə yeni dinamikagətirərək geosiyasi tarazlığı yenidən formalaşdıracaq, eləcə dəbeynəlxalq sülhə və əməkdaşlığa təkan verəcək və onlarımöhkəmləndirəcək.

Sülhə nail olmaq yolunda bu mühüm uğur yalnız AzərbaycanRespublikasının şanlı Qələbəsindən və işğal olunmuş torpaqlarınınazad edilməsindən, ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləridaxilində ərazi bütövlüyünün və suverenliyinin tam bərpasındansonra mümkün olub.

Biz, həmçinin bildiririk ki, bu, müdrik Lider və görkəmli dövlətxadimi kimi Sizin şəxsi qələbənizdir. Təlatümlü və çətin beynəlxalqşəraitdə sülh naminə fəaliyyətinizdə Sizə uğurlar arzulayırıq.

Biz Sizin prinsipial mövqeyinizi, qətiyyətinizi və GUAM-ın üzvüolan dövlətlərin müstəqilliyini, ərazi bütövlüyünü, suverenliyiniqorumaq uğrunda apardıqları mübarizədə dəstəkləməkdə yorulmazsəylərinizi yüksək qiymətləndiririk. Həmişə olduğu kimi, bizregional təşkilat olaraq Qara dəniz və Xəzər dənizi regionlarındasülh, sabitlik, əməkdaşlıq və firavanlıq istiqamətində siyasətinizidəstəkləməyə hazırıq.

Zati-aliləri, bu əlamətdar hadisə münasibətilə bir daha səmimitəbriklərimizi qəbul etməyinizi xahiş edir, sülh gündəliyinizibundan sonra da həyata keçirməkdə Sizə uğurlar arzulayırıq.Azərbaycan xalqına isə sülh, tərəqqi və firavanlıq diləyirik".

Seçilən
27
50
az.trend.az

10Mənbələr