AZ

Paşinyan Tokayevə Azərbaycanla danışıqların nəticələri barədə məlumat verib

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığında Azərbaycanla münasibətlərin normallaşmasına dair Vaşinqton danışıqlarının nəticələri barədə məlumat verib.

Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunub ki, Tokayev əldə olunan razılaşmalara görə Paşinyanı təbrik edib və normallaşma prosesini dəstəklədiyini bildirib. Tərəflər regional layihələrə yeni investisiyaların cəlb edilməsi perspektivlərini müzakirə ediblər və əldə olunmuş razılaşmaların hər iki ölkənin investorları tərəfindən müsbət cavab alacağına əminlik ifadə ediblər.

Paşinyan və Tokayev fəal siyasi dialoqu davam etdirmək niyyətlərini təsdiqləyiblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
61
50
oxu.az

10Mənbələr