AZ

Erməni deputatdan Zəngəzur AÇIQLAMASI

  “Sünik (Zəngəzur) regionu yaxın zamanda bölgənin ən təhlükəsiz məkanına çevriləcək”.

Bu sözləri Ermənistan parlamentinin deputatı Hasmik Akopyan deyib. Deputatın sözlərinə görə, bu istiqamətdə həm təhlükəsizlik, həm də iqtisadi baxımdan genişmiqyaslı tədbirlər həyata keçirilir.

O vurğulayıb ki, regionun müdafiə potensialı gücləndirilir, sərhəd təhlükəsizliyi üçün yeni infrastruktur yaradılır və sosial-iqtisadi layihələr icra olunur.

Akopyan qeyd edib ki, Syunikdə aparılan işlər təkcə yerli əhalinin rifahını artırmaqla kifayətlənməyəcək, həm də Zəngəzurun strateji mövqeyini möhkəmləndirərək onu bütün bölgə üçün nümunəvi təhlükəsizlik zonası halına gətirəcək./Globalinfo.az  

Seçilən
8
50
referans.az

10Mənbələr