AZ

Tramp: ABŞ işğal edilən ərazilərin bir hissəsini Ukraynaya qaytarmağa çalışacaq

BAKI, 11 avqust. TELEQRAF

“ABŞ və tərəfdaşları Rusiyanın işğal etdiyi ərazilərin bir hissəsini Ukraynaya qaytarmağa çalışacaq. Ancaq yenə də bəzi torpaq mübadiləsi olacaq”.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp mətbuat konfransı zamanı bildirib.

Amerika lideri deyib: "Ərazi mübadiləsi aparmaq üçün razılığa ehtiyac var. Ərazilərin mübadiləsi Ukraynanın xeyrinə olacaq.

Cəbhə xəttini dəyişəcəyik. Rusiya Ukrayna ərazisinin əhəmiyyətli hissəsini işğal edir, bu ərazinin bir hissəsini Ukraynaya qaytarmağa çalışacağıq. Ukraynanın okeanla min mil sahil xətti var idi və indi o, yoxa çıxıb. Odessa yaxınlığında kiçik bir parça qalıb".

Seçilən
25
29
teleqraf.com

10Mənbələr