AZ

Gənc azərbaycanlı istedad Norveç klubunda SON DƏQİQƏ

ain.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.

Həmyerlimiz Fərid Cəbrayılzadə Norveçin “Brann” klubuna keçib.

Sportal.az Sport1.az-a istinadən xəbər verir ki, komanda “Eliteserien” liqasında çıxış edir. 18 yaşlı oyunçumuz bundan öncə Azərbaycanda “Qarabağ”, “Xəzər” (Buzovna), “İnter”, “Leon” və “Sabah” kimi akademiya və gənclər komandalarında forma geyinib.

2019-cu ildə ailəsi ilə birlikdə “Green Card” lotereyası vasitəsilə ABŞ-a köçən Fərid burada da futbol karyerasını davam etdirib. Əvvəlcə “Valeo” klubunun əsas komandasına seçilərək MLS-də çıxış edib, daha sonra pandemiyadan sonra ESNL liqasında oynayıb və finala qədər yüksəlib. Sonrakı dönəmdə “New England” klubunda U-19 liqasına qədər yüksələrək həm öz yaş qrupunda, həm də iki yaş böyük oyunçularla mübarizə aparıb.

saytlarin hazirlanmasi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
3
sportal.az

5Mənbələr