AZ

MAZ Rusiyada ağır yük maşınlarının TOP 5 satışından çıxdı...

Sia Az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Belarus zavodunun satışları kəskin şəkildə aşağı düşüb...

...2025-ci ilin ilk yeddi ayında Rusiyada MAZ ağır yük maşınlarının satışı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 36 faiz azalıb.

SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, Euroradio yazır ki, eyni zamanda, MAZ son bir neçə ildə ilk dəfə Rusiyada TOP-5 satışdan çıxıb.

Bütün bunlar 2025-ci ilin ilk yeddi ayında Rusiyada çəkisi 16 tondan çox olan ağır yük maşınlarının satışının kəskin azalması fonunda baş verir.

Avtostatın məlumatına görə, yeni avtomobillərin ümumi satışı cəmi 26 652 ədəd təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 57 faiz azdır.

Əli Babayev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
28
sia.az

10Mənbələr