İmahandan yüksək bal toplasalar da qəbul ola bilmirlər.
Xezerxeber.az xəbər verir ki, söhbət Bakının binəqədi rayonunda yerləşən, Cəbrayıl rayon Mahmudlu kənd uşaq musiqi məktəbindən gedir. Xəzər xəbərə şikayət edən Valideynlər deyir ki, övladları imtahanda yüksək nəticə gösətirb. Lakin onların adlarının qarşınında 0 göstərilir.
Valideynlərin sözlərinə görə, uşaqlar həm də orta məktəbə bu ərazidə getdikləri üçün onları başqa bir, uzaqda yeləşən musiqi məktəbinə aparmaları qəliz məsələdir.
Məsələ ilə bağlı Mədəniyyət nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, hazırda musiqi, incəsənət məktəblərinə şagird qəbulu prosesinin imtahan mərhələsi yekunlaşıb, şagirdlərin ixtisas seçimi və yerləşdirilməsi prosesinə başlanılmayıb. Bu mərhələ yekunlaşmadan hansı məktəbə nə qədər şagirdin qəbul olmasını demək mümkün deyil. Qəbul planı bölgələr üzrə şagird sayı nisbəti, məktəblərin infrastruktur imkanları, müəllimlərin obyektiv dərs yükü müəyyənləşdriməklə icra olunacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.