AZ

Ermənistan və Fransa xarici işlər nazirləri danışıqlar apardılar

Avqustun 11-də Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan Fransa Respublikasının Avropa və Xarici İşlər naziri Jan-Noel Barro ilə telefon danışığı aparıb.

"Unikal" xəbər verir ki, bu barədə news.am-a Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Mirzoyan avqustun 8-də imzalanmış razılaşmaları ətraflı təqdim edərək, digər məsələlərlə yanaşı, Ermənistan və Azərbaycan arasında Sülh Sazişinin paraflanmasının bu prosesdə indiyədək ən mühüm mərhələ olduğunu vurğulayıb.

Ermənistan XİN rəhbəri qeyd edib ki, bu gün ATƏT-in Minsk prosesinin və əlaqədar strukturların ləğvi ilə bağlı Ermənistan və Azərbaycanın birgə müraciəti, eləcə də müvafiq qərar layihəsi ATƏT-in iştirakçı dövlətlərinə göndərilib.

Ararat Mirzoyan və Jan-Noel Barrot regional kommunikasiyaların bloklanmasına dair sazişin həyata keçirilməsi nəticəsində açıla biləcək region ölkələri və onun sərhədlərindən kənarda tərəfdaşlarının əlaqələrinin artırılması üçün görünməmiş imkanlar barədə fikir mübadiləsi aparıblar.

Ararat Mirzoyan təbriklərə və bu prosesdə davamlı dəstəyə görə Fransaya minnətdarlığını bildirib.

Seçilən
56
50
unikal.az

10Mənbələr