AZ

“Traktor” İran Superkubokunu qazandı

BAKI, 11 avqust. TELEQRAF

Futbol üzrə İran Superkuboku uğrunda görüş keçirilib.

Teleqraf xəbər verir ki, son çempion “Traktor” ölkə kubokunun qalibi “İstiqlal”la qarşılaşıb.

Təbriz təmsilçisi Tehran klubu üzərində əzmkar qələbə qazanaraq, Supekuboka sahib çıxıb.

Oyunda hesabı 12-ci dəqiqədə Tehran komandası açıb. Cənubu Azərbaycan təmsilçisi əsas vaxtın başa çatmasına bir neçə dəqiqə qalmış Əmirhosseyn Hosseynzadənin penaltidən vurduğu qolla hesabı bərabərləşdirib. Matça əlavə edilən 2-ci dəqiqədə isə “Traktor” qələbə topunu vurub.

Qeyd edək ki, ötən mövsüm “Traktor” tarixində ilk dəfə İran çempionu olub.

Seçilən
28
21
teleqraf.com

10Mənbələr