AZ

Sumqayıtda küçə ticarətinə qarşı REYDVİDEO

Sumqayıtda küçə ticarətinə qarşi reyd keçirilib.

Xezerxeber.az xəbər verir ki, aidiyyəti qurumlar tərəfindən şəhərin estetik görnüşünü korlana şəxslərə qarşı təşkil edilən reyd zamanə bəzi satıcılar narazılıqlarını bildiriblər.

Sumqayıt İcra Hakimiyyəti, Şəhər Bələdiyyəsi və memarlıq şöbəsinin əməkdaşlarının iştirakı ilə təşkil olunan tədbir bu dəfə şəhərin əsas giriş yollarından biri - General Məhəmməd Əsədov küçəsində, "daş bazarı" kimi tanınan ərazidə baş tutub.

Reyd zamanı səkiləri zəbt edən, piyadaların hərəkətinə mane olan və ətrafı zibilləyərək şəhərin estetik görünüşünü pozan satıcılara xəbərdarlıq edilib. Qurumların nümayəndələri qaydaları izahı ediblər və qanunsuz ticarət dayandırılıb. Bəzi satıcılar isə tədbirlərə etiraz edərək narazılıqlarını bildiriblər. Hətta mübahisə bir anlıq gərginliyə çevrilib və qarşıdurma yaşanıb.

Rəsmi qurumlar bildiriblər ki, küçə ticarətinin şəhərin ümumi görünüşünə və sanitariya-gigiyena vəziyyətinə mənfi təsiri nəzərə alınaraq bu cür reydlər davam etdiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
5
7
xezerxeber.az

10Mənbələr