AZ

Şəkidə avtomobil aşdı Xəsarət alan var

ain.az, Unikal.az portalına istinadən məlumat yayır.

Şəkinin Çələbixan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, Çələbixan qəsəbə sakini, 33 yaşlı İsa İsmayılov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsi idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. O, müayinədən keçirilib, müalicə olunur.

Baş vermiş yol qəzası ilə bağlı araşdırma başlanılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
50
unikal.az

10Mənbələr