İran Superkubokunun qalibi müəyyənləşib.
QOL.az xəbər verir ki, bu gün son çempion Təbrizin "Traktor” klubu İran kubokunu qazanan “İstiqlal”la üz-üzə gəlib.
Oyun “Traktor”un 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Cənubi Azərbaycan təmsilçisi ötən mövsüm tarixində ilk dəfə İran çempionatının qalibi olub. Superkubok da Təbriz təmsilçisi üçün ilk belə uğurdur.