AZ

“Barselona”da qalmaq qərarı verdi - Bu hücumçu

“Barselona”nın hücumçusu Ferran Torres klubda qalmaq qərarını verib.

Sportinfo.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

25 yaşlı futbolçu ötən uğurlu mövsümdən sonra inkişafını məhz “Barselona”da davam etdirməyə fokuslanıb.

Torres Kataloniya təmsilçisinə 2022-ci ildə “Mançester Siti”dən transfer olunub. Ancaq o, tam potensialını yalnız geridə qalan mövsümdə göstərə bilib.

İspaniyalı forvard son mövsümdə bütün turnirlərdə 45 oyuna çıxıb, 19 qol vurub və 7 məhsuldar ötürmə verib.

Seçilən
4
50
sportinfo.az

10Mənbələr