Rusiya prezidenti Vladimir Putinin amerikalı həmkarı Donald Trampla planlaşdırılan görüşü ilə əlaqədar avqustun 15-də Alyaskada yerləşən Ankoric şəhəri üzərində hava məkanı bağlanacaq.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ-nin Federal Aviasiya Administrasiyası (FAA) məlumat yayıb.
Məlumatda deyilir: "Amerika hakimiyyəti bu ştatın ən böyük şəhərinin səmasını 30 mil (48,3 kilometr) radiusda və 18 min fut (təxminən 5,5 min metr) hündürlükdə bağlayacaq. Məhdudiyyətlər bir gün qüvvədə olacaq".