Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin sabiq komandası “Adana Dəmirspor” sanksiya ilə üzləşib.
Sportinfo.az xəbər verir ki, I Liqada çıxış edən Adana təmsilçisi FIFA tərəfindən cəzalandırılıb.
Ötən mövsüm Superliqada sonuncu yeri tutaraq I Liqaya düşən komandanın 6 xalı silinib. Buna səbəb komandanın əvvəlki futbolçulara olan borcunu ödəyə bilməməsidir.
Maliyyə böhranı yaşayan “Adana Dəmirspor”a daha əvvəl transfer qadağası qoyulmuşdu.
2023-24 mövsümündə “Adana Dəmirspor”un formasını geyinən Şahruddin Məhəmmədəliyev maaşı ödənilmədiyi üçün ötən il komandadan ayrılmışdı.