İsrail Qəzza zolağında HƏMAS hərəkatı və İranın bölgədəki digər proksi qüvvələrinə qarşı hərbi kampaniyasını başa çatdırmaq üzrədir.
APA xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.
“Məhz bu günlərdə, bizi məhv etməyə gələnlər üzərində böyük qələbələr əldə etdiyimiz, kampaniyanı başa çatdırmaq ərəfəsindəyik. İranın proksi qüvvələrinin qalıqlarını məhv etməyə və bütün girovlarımızı - həm diriləri, həm də ölüləri azad etməyə az qalıb.” – Netanyahu deyib.