AZ

“Eşref Tek” sərvət ödədiyi qayığını satdı

ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

“Eşref Rüya” serialında baş rolu canlandıran aktyor Çağatay Ulusoyla bağlı maraqlı fakt üzə çıxıb.  

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, ünlü aktyor bu il yayı sevimli qayığında yox, hotellərdə keçirəcək.

Belə ki, 34 yaşlı aktyor  iki il əvvəl sifarişlə 8 milyon lirəyə düzəltdirdiyi 12 metrlik sevimli qayığını satıb.

Yay istirahətini mavi sularda balıq tutmaq və suda üzməklə keçirən aktyor Çağatay Ulusoy bu il istirahətinə köklü dəyişiklik edib.

O, bu yayı Bodrum və Marmarisdə hotellərdə keçirir.

Aktyor 12 metrlik qayığını dostu Mustafa Mert Koçun atasına 13 milyon lirəyə satıb. 

Məlumata görə, aktyor gələn yay üçün yeni qayıq axtarır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
3
qafqazinfo.az

4Mənbələr