ABŞ-də iki təyyarə toqquşub.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “The Sun” nəşri məlumat yayıb.
İki kiçikhəcmli təyyarə Kalispell aeroportunun uçuş-enmə zolağında bir birinə dəyib.
Nəticədə böyük partlayış baş verib və qatı duman səmaya qalxıb.
Hadisə zamanı ölən və yaralananların olub-olmadığı barədə hələlik məlumat verilməyib.
Hadisə yerinə aidiyyəti orqanların əməkdaşları cəlb olunub.
***
ABŞ Federal Aviasiya Xidməti bildirib ki, qəza nəticəsində 4 nəfər həlak olub.
Məlumata görə, “Socata TBM 700” tipli yüngül təyyarə Montana ştatının Kalispell hava limanına endikdən sonra başqa bir təyyarə ilə toqquşub.