ABŞ-nin müdafiə naziri Pit Heqset mütəşəkkil cinayətkarlıqla mübarizə çərçivəsində Meksikada narkotik kartellərinə qarşı hava hücumları, pilotsuz uçuş aparatları və ya digər güclü tədbirlərin mümkünlüyünü istisna etmədiyini bildirib.
“Report”un xəbərinə görə, bunu o, “Fox News” telekanalına müsahibəsində deyib.
“Yenə də, mən heç nə açıqlaya bilmərəm. Lakin Amerika qoşunlarının Meksikada olacağı barədə əvvəlcədən daşınmaq istəmirəm. Söhbət ondan getmir”, - Heqset bildirib.
Pentaqon hələlik bu məsələ ilə bağlı hər hansı rəsmi qərar açıqlamayıb.