Futbol üzrə İran Superkubokunun qalibi müəyyənləşib.
“Qafqazinfo” xəbər verir ki, həlledici matçda “Traktor” “İstiqlal”la üz-üzə gəlib.
“Nəqşi Cahan” stadionunda baş tutan görüş “Traktor”un 2:1 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, Təbriz təmsilçisi ötən mövsüm tarixində ilk dəfə İran çempionatının qalibi olub. Superkuboku qazanmaq da Güney Azərbaycan təmsilçisinin tarixində ilk olub.
"Cebheinfo.az"