AZ

Tramp yolu neçə kilometr olacaq: 42, 42, yoxsa 32?..

“Zəngəzur dəhlizinin uzunluğu ilə bağlı müxtəlif rəqəmlər dolaşır, bəziləri 42 kilometrlik, bəziləri 43,5 kilometrlik dəhlizdən bəhs edir. Əvvəllər 32 kilometrdən danışırdılar. Xüsusən də ABŞ-ın Türkiyədəki səfiri Tomas Barak bəyan etmişdi ki, “Ermənistan və Azərbaycan 32 kilometrlik yol üstündə mübahisə edir”.
 
Moderator.az xəbər verir ki, bunu səhər saatlarında “Hraparak” nəşri yazıb.
 
Amerikalılar deyir ki, o, 32 kilometrlik yolu bizə icarəyə verin və hamı üçün istifadə edin... 
 
Vaşinqtonda imzalanan müqavilədə yolun neçə kilometr olacağı barədə heç bir qeyd yoxdur.
 
“Apaven” yükdaşıma şirkətinin sahibi və direktoru Qagik Ağacanyan deyir ki, iki marşrut ola bilər: 
 
42 kilometrlik marşrut Ermənistanın kənarı ilə, 32 kilometrlik isə bir az şimala doğru uzanacaq.
 
Lakin diplomatik mənbələrimizə görə, 32 km-nin qeyd olunması əslində Türkiyə-Azərbaycan təbliğatının nəticəsidir.
 
Məsələ burasındadır ki, Azərbaycan demarkasiya-delimitasiya nəticəsində Nrnadzor sektorunda təxminən 10 km-lik hissənin özünün olacağına inanır, onu Azərbaycan ərazisi hesab edir, ona görə də 32 km rəqəmi də qeyd olunur. Təsadüfi deyil ki, bu açıqlamaları verənlərdən biri də ABŞ-ın Türkiyədəki səfiri olub”, - deyə davamında nəşr bildirib.
 
Qeyd edək ki, Azərbaycan mediasında Zəngəzur-Tramp yolunun uzunluğuyla bağlı son vaxtlar əsasən 43 rəqəmi hallanır. 32 rəqəmi isə deyildiyi kimi, iyulun 14-də ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak Nyu-Yorkda jurnalistlərə açıqlamasında səsləndirib.
Tramp yoluna (Beynəlxalq sülh və rifah naminə Tramp marşru- tuing. Trump Route for International Peace and Prosperity- TRIPP) aid “Vikipediya” məlumatında isə yolun uzunluöu barədə heç bir informasiya verilir. 
 
Xatırladaq ki, 8 avqust 2025-ci ildə Ağ Evdə ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında 3 tərəfli sülh memorandumu imzalanıb. Həmin mərasimdə Donald Tramp Zəngəzur dəhlizindən də danışaraq ABŞ-nin Ermənistanla 99 illik müqavilə imzaladığını və bu müqavilənin daha 99 il uzadılacağını bildirib. Həmçinin Donald Tramp ABŞ şirkətlərinin bu bölgəni inkişaf etdirəcəyini və çoxlu pul xərcləyəcəyini əlavə edib.
 
S.Laçın
 
 
Seçilən
19
50
moderator.az

10Mənbələr