AZ

UFC döyüşlərinin nümayişi üçün MİLYARDLAR ÖDƏNDİ

Yazını böyüt
Yazını kiçilt

ABŞ-nin "Paramount Skydance" media holdinqi ölkədə qarışıq döyüş növləri (MMA) üzrə "Ultimate Fighting Championship" (UFC) turnirinin döyüşlərini göstərmək üçün "TKO Group"dan 7.7 milyard dollara eksklüziv hüquqlar əldə edib.

Hafta.az xəbər verir ki, bu barədə şirkətlərin birgə bəyanatında deyilir. Müqavilə gələn ildən başlayaraq yeddi il müddətinə nəzərdə tutulub. Döyüşlər "Paramount+" yayım platforması tərəfindən yayımlanacaq.

"Paramount," həmçinin yaxın illərdə UFC döyüşlərinin beynəlxalq yayım hüquqlarını da əldə etmək istədiyini bildirib.

Seçilən
46
1
hafta.az

2Mənbələr