AZ

Tayvanda qasırğa səbəbindən yüzlərlə insan təxliyə edilir

Tayvan hökuməti çərşənbə axşamı "Podul" tayfununun adanın cənub-şərq sahillərinə yaxınlaşması ərəfəsində yüzlərlə insanın təxliyəsi üçün tədbirlər görüb.

“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bildirilib ki, Hualyan bölgəsində təxminən 700 nəfər əvvəlki tayfun zamanı sürüşmə nəticəsində yaranan bəndin daşması ilə bağlı risklərdən qaçmaq üçün təxliyə olunur.

Sinoptiklərin proqnozlarına görə, sürəti saatda 155 km-ə (96 mil/saat) çatan "Podul" qasırğası cənub-şərqdəki Taytunq şəhərinə doğru hərəkət edirdi. Onun çərşənbə günü sahilə çatacağı gözlənilir.

Seçilən
12
3
report.az

4Mənbələr