AZ

UEFA Çempionlar Liqası: "Qarabağ" "Şkendiya"nı qonaq edir

Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununa çıxacaq.

BAKU.WS xəbər verir ki, Ağdam təmsilçiləri Bakıda Şimali Makedoniya təmsilçisi "Şkendiya" ilə üz-üzə gələcək.

Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Matçı niderlandlı Danni Makkeli idarə edəcək.

Skopyedəki ilk oyunda Azərbaycan çempionu 1 cavabsız qolla qalib gəlib.

Qeyd edək ki, bu cütün qalibi pley-offda "Ludoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq. Məğlub tərəf isə eyni cütün məğlubu ilə UEFA Avropa Liqasının pley-offunda görüşəcək.

Cavab matçı Bakı vaxtı ilə saat 22:15-də başlayacaq. 

Seçilən
12
26
far.az

10Mənbələr