"Qalatasaray"ın voleybol komandası heyətini Miriam Silla ilə gücləndirib.
Offsideplus.az xəbər verir ki, italiyalı voleybolçu ilə 2 illik müqavilə imzalanıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Silla son 3 mövsümü "Vera Volley"də keçirib. O, ötən il İtaliya yığması ilə birlikdə Olimpiya çempionu olub.
30 yaşlı idmançı karyerasında ilk dəfə öz ölkəsindən xaricdə çıxış edəcək.