AZ

Səsyazısı yayılan direktor işdən çıxarıldı - VİDEO

Səsyazısı

Ucarda körpələr evi-uşaq bağçasının fəaliyyəti məhdudlaşdırılıb.Ulusum.az "Xəzər TV"yə istinadən xəbvər verir ki, buna səbəb bu təhsil müəssisəsinin müdiri Emin Orucovun aşkar şəkildə orada tərbiyəçi-müəllim işləyən Şəbnəm İsayevanı saxtakarlığa təhrik etməsi ilə bağlı səs yazısının yayılmasıdır.Məsələyə müvafiq orqanlar tərəfindən dərhal reaksiya verilib. Fəaliyyətində yol verdiyi nöqsanlara görə sözügedən bağçanın müdiri, həmçinin rayonun Yuxarı Şilyan kənd tam orta məktəbinin direktoru Emin Orucov tutduğu vəzifədən azad edilib.Məsələnin ən narahatedici tərəfi isə Yuxarı Şilyan kəndində yeganə olan körpələr evi-uşaq bağçasının fəaliyyətinin tam məhdudlaşdırılmasıdır. Bu isə övladları bağçaya gedən valideynlər üçün problemə çevrilib.Valideynlər qədər burada çalışan işçilər də bağçanın fəaliyyətinin birdən-birə dayandrırılmasını düzgün hesab etmirlər.

Diqqət Çəkənlər

Filtrlərin arxasında itən gerçəklik

Fərizə — Vəfanın, Sevginin, Qəhrəmanlığın adı - VİDEO

Cəlilabadlı qadın kəndə hücum edən çaqqalı əl gücü ilə məhv etdi - VİDEO

Seçilən
63
5
ulusum.az

10Mənbələr