AZ

İstanbul bələdiyyəsində yenidən əməliyyat keçirilib - Saxlanılanlar var

İstanbul Böyükşəhər Bələdiyyəsini (İBB) hədəf alan korrupsiya və rüşvət istintaqı çərçivəsində əməliyyatlar davam edir. Martın 19-dan etibarən 7 əməliyyat keçirilib.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün səhər saatlarında jandarma bələdiyyəyə qarşı əməliyyata başlayıb.

Jandarmın bələdiyyəyə qarşı keçirdiyi ikinci əməliyyatda tenderlərin reklamında korrupsiya iddiaları irəli sürülüb. 14 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib, 13 şübhəli isə nəzarətə götürülüb. 

Seçilən
48
50
unikal.az

10Mənbələr