ain.az, Banco.az saytına istinadən bildirir.
Müəllif:Mehin Qasımova,Banco.az
“Apple” korporasiyası 2025-ci ilin ikinci rübündə qlobal planşet bazarına başçılıq edib.
Banco.az xəbər verir ki, bu barədə Beynəlxalq Data Korporasiyasının (IDC) hesabatında qeyd edilib.
Göstərilən dövrdə "Apple" 33,1 faiz pay alaraq 12,7 milyon ədəd cihaz tədarük edib. Beləliklə, bazara çıxarılan hər üçüncü planşet Amerika İT nəhəngi tərəfindən istehsal edilib. İkinci yerdə 18,7 faiz pay alaraq 7,2 milyon cihaz tədarük edən "Samsung" qərarlaşıb. Üçüncü yerdə 3,1 milyon qadcet və 8,2 faiz payla "Lenovo" qərarlaşıb.
Qeyd edək ki, planşet bazarı illik müqayisədə 13,1 faiz artaraq 38,3 milyon cihaza çatıb.
İyul ayında insayderlər Apple-ın ilk qatlana bilən planşetin hazırlanmasını müvəqqəti olaraq ləğv etdiyini açıqlayıb. Bunun əvəzinə şirkət 2026-cı ilin payızında təqdim ediləcəyi gözlənilən qatlanan iPhone-un yaradılmasına diqqət yetirir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.