Avqust ayının 12-də kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti azalıb.
Bizim.Media xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 10:20-də “CoinMarketCap” platformasında 2.57% ucuzlaşaraq 118 851 ABŞ dolları təşkil edib.
Son bir gündə "Ethereum"un qiymətində də azalma müşahidə edilib.
Sözügedən kriptovalyutanın dəyəri 0.27% azalaraq 4 291 ABŞ dollarına bərabər olub.
İlk beşlikdə olan XRP son sutkada 4.12%, BNB isə 1.71% ucuzlaşıb.
Qeyd edək ki, "Bitcoin"in ən yüksək qiyməti bu il iyul ayının 14-də qeydə alınıb və qiyməti 123 min dolları ötüb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta