AZ

Bölgə klubundan Azərbaycan bayrağına qarşı diqqətsizlik FOTO

ain.az, Idmanxeber.az saytına istinadən bildirir.

Növbəti mövsüm Azərbaycan II Liqasında çıxış edəcək “Xankəndi” komandası ilk transferini açıqlayıb. Bölgə təmsilçisi Bəhruz Teymurovu heyətinə qatıb.

Futbolçunun təqdimetmə zamanı isə ciddi səhvə yol verilib. Belə ki, klubun rəsmi səhifəsindən paylaşılan oyunçunun müqavilə imzaladığı fotoda Azərbaycan bayrağı tərs taxılıb. Sosial şəbəkədə paylaşılan şəkil azarkeşlər tərəfindən birmənalı qarşılanmayıb.

Çempionatda iddialı klubunun bayrağımıza qarşı belə diqqətsiz davranışı müzakirə mövzusu olub.

İdmanxeber.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
idmanxeber.az

2Mənbələr