Bakı. Trend:
Dövlət Dəniz və Liman Agentliyində imtahanlarınmərkəzləşdirilmiş qaydada keçirilməsi ilə bağlı tətbiq olunanyeniliklər davam edir. Yeni qaydalara əsasən, cari ilin 1 sentyabrtarixindən etibarən xüsusi hazırlıq şəhadətnamələrinin ilk dəfəəldə edilməsi və ya yenilənməsi zamanı yekun bilikqiymətləndirilməsi üzrə imtahanlar həftənin çərşənbə və cüməgünləri Agentliyin inzibati binasında keçiriləcək.
Bununla bağlı “Xüsusi hazırlıq şəhadətnamələrinin yenilənməsi vəbiliklərin yekun qiymətləndirilməsi üzrə imtahanların təşkil olunmaqaydaları” üzrə Təlimat Agentliyin 05 avqust 2025-ci il tarixli,3-27-106/3-2-257/2025 nömrəli Əmri ilə təsdiqlənib və rəsmiveb-saytında yerləşdirilib: (https://ddla.gov.az/inst/instruction-4.html)
Təlim-tədris mərkəzlərinə təlim günlərinin planlaşdırılmasızamanı imtahan günləri ilə üst-üstə düşməməsinə xüsusi diqqətyetirilməsi tövsiyə olunur.
Bu yanaşma imtahan iştirakçılarının vaxtlarının səmərəli idarəolunması üçün mühüm əhəmiyyət kəsb edir.