AZ

Azərbaycanın voleybol millisi Belçikaya yollandı

Avropa çempionatının təsnifat mərhələsində mübarizə aparan kişi voleybolçulardan ibarət Azərbaycan millisi növbəti oyun üçün Belçikaya gedib.
 
Azərbaycan Voleybol Federasiyasından Moderator.az-a verilən məlumata görə, yığma Roeselare şəhərinə yollanıb.
 
Komanda avqustun 13-də yerli komanda ilə üz-üzə gələcək. Qarşılaşma yerli vaxtla saat 20:15-də start götürəcək.
 
Ötən il bu komandalar arasında baş tutmuş ilk oyunda rəqibin 3:0 hesablı qələbəsi qeydə alınıb.
 
Qitə birinciliyinin təsnifat mərhələsində çıxış edən millinin yekun heyəti:
 
Hücumçular: Vüsal Qurbanov, Andrey Melnikov, Cavid Əzimov, Aslan Həmidov, Ruslan Əliyev, Kənan Həsənli, Mirəşrəf Rzazadə
 
Blokçular: Elmin Alışanov, Mərdan Məmmədov, Ramazan Ağabəyov
 
Toppaylayıcılar: Mirhasil Seyidli, Əmirmehdi Ablou
 
Liberolar: Kənan Allahverdiyev, Nihad Qasımov
 
Baş məşqçi: Fərid Calalov
 
Köməkçi məşqçilər: Akif Vəliyev, Cəlil Cəlilov
Seçilən
17
5
moderator.az

6Mənbələr