AZ

“Qarabağ” “Şkendiya”nı qəbul edir – YENİLƏNİR

Bu gün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.

İdmanxeber.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ” da cavab matçına çıxacaq.

Qurban Qurbanovun komandası Bakıda “Şkendiya”nı qəbul edəcək. Görüşü niderlandlı tanınmış referi Denni Makkeli idarə edəcək.

Qeyd edək ki, “Qarabağ” – “Şkendiya” cütünün güclüsü Çempionlar Liqasının pley-off mərhələsində “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub tərəf də Avroliqanın pley-offunda həmin cütdə uduzan tərəflə qarşılaşacaq. 

12 avqust

UEFA Çempionlar Liqası

3-cü mərhələ, cavab oyunu

20:00. “Qarabağ” (Azərbaycan) – “Şkendiya” (Şimali Makedoniya)

İlk oyun – 1:0

Hakimlər: Denni Makkeli, Hessel Steeqstra, Yan de Vries (Niderland) 

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Seçilən
2
3
idmanxeber.az

4Mənbələr