AZ

Azərbaycan mallarının idxalına qadağa Rusiyada ciddi sosial problem yaradar

ain.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.

"Rusiya Dövlət Dumasının deputatı Andrey Qurulevin Azərbaycan mallarının bu ölkəyə idxalının qadağan edilə biləcəyi barədə açıqlaması gözlənilən idi. Ancaq Andrey Qurulevin bu fikirləri heç də bütünlükdə rus xalqının, yaxud Kremlin rəsmi mövqeyi deyil. Düzdür, Kreml Azərbaycanın regionda oynadığı mühüm rolu qəbul etmək istəmir, Bakının uğurlarına qısqanclıqla yanaşır. Ən son Vaşinqtonda imzalanmış üçtərəfli bəyannamə fonunda Rusiya Azərbaycana qarşı açıq şəkildə qeyri-dost, müttəfiqlik sazişinə zidd olan münasibətini ortaya qoyub. Ancaq bütün bunlarla yanaşı onu deyə bilərəm ki, Kreml hər nə qədər Azərbaycana nifrət etsə də, lakin indiki situasiyada Azərbaycan mallarının idxalına qadağa tətbiq etməklə özünə daxildə sosial problem yaratmaq istəməz".Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" ictimai birliyinin sədri Arzuman Muradlı Rusiyanın Azərbaycan mallarının idxalına qadağa tətbiq etməsi ilə bağlı Dövlət Dumasının üzvləri tərəfindən irəli sürülən təşəbbüsü şərh edərkən səsləndirib. İctimai Birlik sədri deyib ki, şimal qonşumuzun belə bir addım atması Kremlin öz xalqını aclığa sürükləməsi kimi bir şey olar:"Bu bir danılmaz faktdır ki, Rusiya bazarlarının böyük bir hissəsini idxal malları təşkil edir. Bu sırada Azərbaycan xüsusi yer tutur. Hər il Azərbaycandan bu ölkəyə idxal edilən milyon tonlarla ərzaq

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
1
newscenter.az

2Mənbələr