AZ

Madonna Papaya müraciət etdi: “Tələsin, vaxt yoxdur!”

ABŞ-lı məşhur müğənni Madonna Katoliklərin dini lideri və Vatikan rəhbəri Papa Fransiskə müraciət edərək onu Qəzzaya səfər etməyə çağırıb.

Yenisabah.az xəbər verir ki, o, sosial şəbəkə hesabında yazıb ki, siyasət bəzən dəyişiklik yaratmaq üçün kifayət etmir, amma insanların diqqətini çəkmək və fərqindəlik yaratmaq real dəyişikliklərə səbəb ola bilər.

“Lütfən, çox gec olmadan Qəzzaya gedin və nurunuzu uşaqlara çatdırın. Bir ana olaraq onların əziyyətini görmək mənə ağır gəlir. Dünya uşaqları hamımıza məxsusdur”, – deyə Madonna bildirib. pizza hut

Müğənni insani yardım yollarının tam açılmasını və günahsız uşaqların xilas edilməsini vacib sayıb. Onun sözlərinə görə, artıq vaxt qalmayıb: “Xahiş edirəm, gedəcəyinizi söyləyin. Hər kəs əziyyət çəkir. Mənim tək istəyim bu uşaqların aclıqdan ölməsinin qarşısını almaqdır”.

Madonna heç kəsi ittiham etmədiyini, yalnız yardıma fokuslandığını vurğulayıb. O, humanitar fəaliyyətə dəstək olmaq istəyənləri ABŞ-da fəaliyyət göstərən World Central Kitchen və İsraildəki “Women Wage Peace” təşkilatlarına yardım etməyə çağırıb.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
66
yenisabah.az

1Mənbələr