AZ

“PAŞA Bank”ın “Bilik səfəri” regional inkişaf layihəsinə qeydiyyat başladı!

Bakı. Trend:

Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” sosialməsuliyyət proqramı çərçivəsində bölgələrdə müasir əmək bazarınıntələbi olan sahələr üzrə yeni mütəxəssislər yetişdirməyi hədəfləyən“Bilik Səfəri” adlı regional inkişaf təşəbbüsünü həyatakeçirir.

İlkin olaraq Gəncə şəhərində keçiriləcək layihədə ümumilikdə 70nəfər informasiya texnologiyaları və əlaqə mərkəzi sahələri üzrətəlim proqramına qatılacaq. Təlimlərdə bakalavr təhsilinin sonilində olan tələbələr və məzunlar, magistr tələbələri, eləcə dəartıq püxtələşmiş və 10 ilə qədər iş təcrübəsinə malik şəxsləriştirak edə biləcək.

Layihə çərçivəsində peşəkar təlimçilər tərəfindən xüsusi tədrisproqramları və intensiv təlim sessiyaları təşkil ediləcək.Ümumilikdə 3 ay davam edəcək proqram iştirakçıların əmək bazarındatələb olunan bilik və bacarıqlarını inkişaf etdirəcək.

Maraqlanan şəxslər “PAŞA Bank”ın rəsmi platformalarındayerləşdirilən link vasitəsilə qeydiyyatdan keçər bilərlər:

“Bilik Səfəri” layihəsi üzrə müraciətlərin qəbulu 25 avqust2025-ci il tarixinədək davam edəcək.

Qeyd edək ki, “PAŞA Bank” fəaliyyətə başladığı ilk gündən ölkədəinsan kapitalının inkişafını, peşəkar biliklərin paylaşılmasını vəregional potensialın gücləndirilməsini hədəfləyən onlarla uğurlulayihə həyata keçirib. Bank bu istiqamətdə uzunmüddətlistrategiyasına sadiq qalaraq gələcəkdə də bir çox gəncin təhsil vəkaryera imkanlarını genişləndirəcək proqramlar keçirməyi davametdirəcək.

Məqalədə:
Seçilən
27
5
az.trend.az

10Mənbələr