Masazırda, Məcburi köçkünlər şəhərciyində 2 yaş 9 aylıq uşağı it qapıb.
Yenisabah.az qafqazinfo-ya istinadla xəbər verir ki, o, anası ilə birlikdə həyətdə gəzərkən sahibsiz itlərin hücumuna məruz qalıb. Ətrafdakıların köməkliyi ilə uşağı xilas etmək mümkün olsa da, o, xəsarət alıb.
Xəstəxanaya çatdırılan azyaşlıya quduzluq əleyhinə vaksin vurulub, ilkin yardım göstərildikdən sonra evə buraxılıb, hazırda vəziyyəti kafidir. Pepperoni pizza
Uşağa hücum edən it bir müddət sonra ölüb, bu da onun quduz olması anlamına gəlir.
Qonşuların bildirdiyinə görə, bu ərazidə sahibsiz itlər olduqca çoxdur. Oxşar hadisələr də tez-tez baş verir. Buna görə də uşaqlar həyətə çıxıb oynaya bilmirlər. Sakinlərin sözlərinə görə, aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, heç bir tədbir görülmür.
Abşeron Rayon İcra Hakimiyyəti Sahibsiz İtlərə Qayğı Mərkəzinin rayon ərazisində olan ətraf mühit üçün təhlükəli ola biləcək sahibsiz itlər parklardan, küçə və prospektlərdən götürdüyünü bildirib:
"Sahibsiz itlərin tutulması sivil qaydada, onları incitmədən həyata keçirilib və xüsusi avtomobillərlə Qayğı Mərkəzinə daşınıb. Hazırda da bu işlər davam etdirilməkdədir.
Bununla yanaşı olaraq Abşeron rayonunda Sahibsiz Heyvanlar üçün Qayğı Mərkəzinin yaradılması istiqamətində də işlər aparılır və hazırda bu işlər sənədləşmə mərhələsindədir".
Telegram kanalımız