AZ

Azərbaycan çempionatlarında ən çox oyun keçirən futbolçular -

Avqustun 15-də Misli Premyer Liqasının 2025/2026-cı illər mövsümü start götürəcək. Metbuat.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, sayca 34-cü Azərbaycan çempionatına qədər baş tutan 33 mövsümdə ən çox oyun keçirən futbolçu Rahid Əmirquliyevdir. Ötən mövsümdə 2-ci Liqada çıxış edən “Şahdağ Qusar”ın formasını geyinən yarımmüdafiəçi Premyer Liqada 451 matça çıxıb.Onun kimi Mahmud Qurbanov da “400” səddini keçib. O, 421 oyunda iştirak edib.İlk “üçlüy”ü Rəşad Sadiqov qapayır. Onun hesabında 392 görüş var.Ötən mövsümdə Premyer Liqada meydana çıxanlar arasında rekordçu Qara Qarayevdir. “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Əmirquliyevin rekordundan 100 oyun geri qalır. “Qəbələ” ilə Premyer Liqaya yüksələn Asif Məmmədov ümumi siyahıda 4-cü yerə şərikdir.33 mövsümdə ən çox oyun keçirən 33 futbolçu1. Rahid Əmirquliyev - 4512. Mahmud Qurbanov - 4213. Rəşad Sadiqov - 3924-5. Asif Məmmədov - 388Azər Məmmədov - 3886. Aslan Kərimov - 3827. Rəşad Abdullayev - 3788-9. Elvin Məmmədov - 376Maksim Medvedev - 37610. Vurğun Hüseynov - 36811. Aqil Məmmədov - 36312-13. İsmayıl Məmmədov - 351Qara Qarayev - 35114. Rəşad Sadıqov - 34315. İlkin Qırtımov - 33916. Elnur Abdullayev - 33417. Vüqar Nadirov - 33218. Urfan Abbasov - 32919. Rail Məlikov - 32820. Kənan Kərimov - 32721. Tural Axundov - 32422. Slavik Alxasov - 31923. Nadir Nəbiyev - 31624. Rauf Əliyev - 31525. Mübariz Orucov - 31126. Müşfiq Hüseynov - 30527. Ədəhim Niftəliyev - 30328-30. Arif Daşdəmirov - 302Kamal Quliyev - 302Rəhman Hacıyev - 30231. Mehman Yunusov - 29832. Viktor İqbekoyi - 294

33. Aleksandr Çertoqanov – 293.

Seçilən
7
8
metbuat.az

10Mənbələr