AZ

Zabarnı və Donnarumma heyətə daxil edilməyib, qapını yeni transfer Şevalye qoruyacaq

ain.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

“Bornmut”dan PSJ-yə keçən ukraynalı müdafiəçi İlya Zabarnı Paris klubunun UEFA Superkuboku çərçivəsində “Tottenhem”lə qarşılaşması üçün heyətdə yer almayacaq.

İdman.biz xəbər verir ki, bu matçda həmçinin diskvalifikasiya olunan Joao Neveş də oynamayacaq.

Gedişi gündəmdə olan qapıçı Cianluici Donnarumma isə PSJ-nin iştirak ərizəsinə daxil edilməyib. Komandanın yeni üzvü, qapıçı Luka Şevalye oyuna aparılacaq və ehtimal ki, start heyətində yer alacaq. İştirak ərizəsinə daxil edilən rusiyalı Matvey Safonov isə ehtiyatda qalacaq.

Qeyd edək ki, avqustun 13-də İtaliyanın Udine şəhərində UEFA Superkuboku uğrunda keçiriləcək PSJ və “Tottenhem” komandalarının qarşılaşması Bakı vaxtilə saat 23:00-da başlayacaq.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
83
14
icma.az

10Mənbələr