AZ

Azyaşlının atası: "Uşağımı dişləyən it quduz imiş"

Xəbər verdiyimiz kimi, Abşeron rayonu Masazır qəsəbəsi, Məcburi köçkünlər şəhərciyində 2 yaş 9 aylıq uşağı it dişləyib. Məlumata görə, azyaşlı anası ilə birlikdə həyətdə gəzərkən sahibsiz itlər ona hücum edib. Ətrafdakıların köməkliyi ilə uşağı xilas etmək mümkün olsa da, o, xəsarət alıb.

Məsələ ilə bağlı azyaşlının atası News24.az-a açıqlamasında bildirib ki, uşağı dişləyən it quduz olub:

"Həkimlər bizə demişdi ki, 3-4 gün ərzində it ölsə, deməli quduzudur. İt də hadisənin 4-cü günü ölüb. Ehtimal edirik ki, quduz olub".

Seçilən
21
4
news24.az

5Mənbələr