AZ

Ölkədə ürək xəstəliklərindən ölənlərin sayı açıqlanıb

Ötən il ürəyin işemik xəstəliklərindən dünyasını dəyişən şəxslərin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, Səhiyyə Nazirliyinin məlumatlarına əsasən 2024-cü ildə ölkə üzrə ürəyin işemik xəstəliklərindən ölənlərin sayı 12162 nəfər təşkil edib.

Qeyd edək ki, ürəyin işemik xəstəlikləri (İÜX) — ürəyə qan axınının zəifləməsi və ya tamamilə dayanması ilə xarakterizə olunan bir qrup xəstəlikdir.

Bu, ürək əzələsinin (miokardın) oksigenlə təminatının pozulması ilə nəticələnir. Əsas səbəb koronar arteriyaların daralması və ya tutulmasıdır.

AzPost.az

Seçilən
12
4
azpost.info

7Mənbələr