Ermənistanın Baş naziri Nikol Paşinyanla Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Kosta arasında telefon danışığı olub.
Missiya.Az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Bildirilib ki, Paşinyan avqustun 8-də Vaşinqtonda aparılmış danışıqların nəticələrini Kostaya təqdim edib.
Qeyd olunub ki, həmsöhbətlər Ermənistan-Avropa İttifaqı gündəliyi ilə bağlı məsələləri, həmçinin 2026-cı ilin yazında Ermənistanda keçiriləcək Avropa Siyasi Birliyinin Zirvə toplantısının təşkilati məsələlərini də müzakirə ediblər.
Daşqın HəsənovMissiya.Az