AZ

Əhalinin yanacaq xərcləri 7 ayda 7 faizə yaxın artıb

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 2 milyard 101,6 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.

525.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni ayları ilə müqayisədə 6,8 % çoxdur.

Ötən 7 ay ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 6 %-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.

Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 35,1 milyard manatlıq, o cümlədən 19,3 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2024-cü ilin yanvar-iyul ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,4 %, qeyri-ərzaq malları üzrə 6,7 % artıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
17
525.az

9Mənbələr